Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycandan 295 831,15 min ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, qeyri-neft ixracında ötən ilin eyni dövrü ilə müqayisədə 5,1% və ya 14 246,2 min dollar həcmində artım müşahidə olunub.
Xatırladaq ki, 2019-cu ilin yanvar-fevral aylarında ölkədən qeyri-neft ixracı 281 584,95 min dollar təşkil edib.
Qeyd edək ki, cari ilin yanvar-fevral ayları ərzində Azərbaycandan ümumilikdə 3 249 367,57 min dollar dəyərində 1 581 çeşiddə mal ixrac olunub.