Bank Of Baku

Azərbaycanın qeyri-neft ixracı üzrə əsas tərəfdaşları müəyyənləşib

Azərbaycanın qeyri-neft ixracı üzrə əsas tərəfdaşları müəyyənləşib
# 29 aprel 2020 10:17 (UTC +04:00)

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda qeyri-neft sektoru üzrə 429 mln. ABŞ dolları dəyərində ixrac reallaşdırılıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin yanvar-mart ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 13,7 mln. dollar və ya 3,3% artıb.

Hesabat dövründə Rusiyaya 134,4 mln. dollar, Türkiyəyə 104,4 mln. dollar, Gürcüstana 42,9 mln. dollar, İsveçrəyə 40,8 mln. dollar və Çinə 12,2 mln. dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin I rübündə Rusiyaya qeyri-neft ixracı 16,6%, Türkiyəyə 5,2%, İsveçrəyə 21,1%, Çinə isə 18,4% artıb.

Cari ilin yanvar-mart ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında isə pomidor (43,9 mln. dollar) birinci, pambıq mahlıcı (42,8 mln. dollar)  ikinci və qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 36,3 mln. dollar) üçüncü olub.

Ümumiyyətlə, 2020-ci ilin I rübü ərzində meyvə-tərəvəz ixracı 113,3 mln. dollar, plastmas və onlardan hazırlanan məmulatların ixracı 46,4 mln. dollar, pambıq lifi ixracı 43,4 mln. dollar, alüminium və ondan hazırlanan məmulatların ixracı 21,4 mln. dollar, kimya sənayesi məhsullarının ixracı 19,8 mln. dollar, elektrik enerjisinin ixracı 17,8 mln. dollar, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 11,9 mln. dollar, pambıq ipliyi ixracı 8,6 mln. dollar, alkoqollu və alkoqolsuz içkilərin ixracı 4,3 mln. dollar, şəkər ixracı isə 2,9 mln. dollar təşkil edib.

Bu ilin mart ayında isə qeyri-neft sektoru üzrə ixrac 133 mln. dollar təşkil edib. Ötən ay qeyri neft-qaz məhsulları ən çox mal Rusiyaya (46,4 mln. dollar), Türkiyəyə (29 mln. dollar), İsveçrəyə (12 mln. dollar ), Gürcüstana (8 mln. dollar) və Ukraynaya (6,2 mln. dollar) ixrac edilib.

Martda qeyri-neft sektoru üzrə ixracda tomat (pomidor – 19,2 mln. dollar) birinci, qabığı təmizlənmiş meşə fındığı (14,1 mln. dollar) ikinci, pambıq mahlıcı (12,9 mln. dollar) üçüncü yerdə qərarlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR