Bu ilin yanvar-may ayları ərzində Azərbaycanın ABŞ ilə apardığı ticarət mübadiləsinin həcmi 366,01 mln. dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,8% azdır.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2020-ci ilin ilk beş ayında Azərbaycandan ABŞ-a ixracın həcmi 7,76 mln. dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 180,23 min dollar və ya 2,3% azdır.
İdxalın həcmi isə 358,25 mln. dollara bərabər olub ki, bu göstərici 2019-cu ilin eyni dövrü ilə müqayisədə 26,49 mln. dollar və ya 6,9% azalıb.
Nəticədə, hesabat dövründə 350,49 mln. dollarlıq mənfi saldo yaranıb ki, bu da illik müqayisədə 26,31 mln. dollar və ya 7% azdır.
YENİLƏNİB'>