Bank Of Baku

BFB BMT-nin Dayanıqlı Fond Birjaları Təşəbbüs Qrupu ilə əməkdaşlıq edəcək

BFB BMT-nin Dayanıqlı Fond Birjaları Təşəbbüs Qrupu ilə əməkdaşlıq edəcək
# 12 may 2020 11:43 (UTC +04:00)

Bakı Fond Birjası (BFB) 31 mart 2020-ci il tarixində BMT-nin Dayanıqlı Fond Birjaları Təşəbbüs (UNSSE) qrupuna üzv olub.

BFB-dən "APA-Economics"ə verilən məlumata görə, BFB Təşəbbüs Qrupuna qoşulmaqla beynəlxalq standartlara uyğun korporativ idarəetmə hesabatlılığının təşkili və yerli kapital bazarlarında tətbiqi, eləcə də listinq qaydalarının bu prinsiplərə uyğunlaşdırılması kimi mövzular üzrə Təşəbbüs Qrupu ilə əməkdaşlıq etməyi və xarici birjaların təcrübəsini öyrənməyi hədəfləyir.

Hazırda BFB də daxil olmaqla 96 birja Təşəbbüs Qrupuna üzvdür və bu platformada birjalar yaşıl maliyyələşmə, gender bərabərliyi, kiçik və orta sahibkarlığın inkişafı, ətraf mühit, sosial və korporativ idarəetmə hesabatlılığı kimi məsələlər üzrə mütəmadi araşdırmalar və müzakirələr aparır, öz təcrübələrini bölüşür və ən yaxşı praktikaların tətbiqi üzrə birgə çalışırlar.

Qeyd edək ki, 2009-cu ildə əsası qoyulmuş UNSSE-nin əsas məqsədi qabaqcıl ətraf mühit, sosial və korporativ idarəetmə prinsiplərinin öyrənilməsi və tətbiqi üzrə birjalar üçün mütəşəkkil platforma yaratmaq və müəyyən olunmuş dayanıqlı inkişaf hədəfləri çərçivəsində investisiya və maliyyələşmə prinsiplərini təşviq etməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR