Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100383S dövlət qeydiyyat nömrəli, 200 mln. manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən "APA-Economics"ə verilən məlumata görə, AMB-də istiqrazların yerləşdirilməsi üzrə keçirilən hərrac zamanı 11 investor tərəfindən qiymət 99,4966 manat (6,51%) 20 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 554 590 700 manat olub.
AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99,4966 manat (6,51%), orta ölçülmüş qiyməti 99,4966 manat (6,51%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 mln. manat təşkil edib.
Notların ödəmə tarixi 12 avqust 2020-ci ildir.