Bank Of Baku

BFB-də AMB-nin 50 mln. manatlıq notları yerləşdirilib

BFB-də AMB-nin 50 mln. manatlıq notları yerləşdirilib
# 06 mart 2020 16:14 (UTC +04:00)

Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50200779S dövlət qeydiyyat nömrəli, 50 mln. manat həcmində, 84 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən "APA-Economics"ə verilən məlumata görə, AMB-də istiqrazların yerləşdirilməsi üzrə keçirilən hərrac zamanı 11 investor tərəfindən qiymət intervalı 98,4381 manat (6,80%) və 99,3245 manat (2,91%) olan 18 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 217 519 200 manat olub.

AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99,1815 manat (3,54%), orta ölçülmüş qiyməti isə 99,2062 manat (3,43%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 50 mln. manat təşkil edib.

Notların ödəmə tarixi 1 iyun 2020-ci ildir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR