Bakı Fond Birjasında (BFB) İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) AZ2042008683 ISIN-li, 20 mln. manat həcmində, 6840 tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən “APA-Economics”ə verilən məlumata görə, yerləşdirmə zamanı hərrac qiyməti 1 000 manat olub. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 20 mln. manat olub.
İstiqrazların nominal qiymətlə yerləşdirilən həcmi 20 mln. manat təşkil edib.
İstiqrazların ödəmə tarixi 27 noyabr 2038-ci ildir.