Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin Z0104007775 ISIN-li, 30 mln. manatlıq, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən "APA-Economics"ə verilən məlumata görə, hərrac zamanı 14 investor tərəfindən qiymət intervalı 89,2857 AZN (12,0661%) və 93,085 AZN (7,4696%) olan 23 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 92,6474 AZN (7,9798%), orta ölçülmüş qiyməti 92,6945 (7,9246%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 122 959 400 manat yerləşdirilmiş həcmi isə 45 mln. manat təşkil edib.
İstiqrazların ödəmə tarixi 2021-ci ilin iyulun 13-dür.
Hərrac iştirakçıları 15 iyul 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.