Bank Of Baku

BP hibrid istiqrazlar hesabına 12 mlrd. dollar cəlb edib

BP hibrid istiqrazlar hesabına 12 mlrd. dollar cəlb edib
# 18 iyun 2020 13:02 (UTC +04:00)

BP şirkəti özündə səhmlər və istiqrazların funksiyalarını birləşdirən hibrid (konvertasiya olunan) qiymətli kağızların yerləşdirilməsi yolu ilə 12 mlrd. ABŞ dolları cəlb edib.

"APA-Economics"in "The Financial Times"a istinadən verdiyi məlumata görə, sözügedən sövdələşmə bu tip qiymətli kağızların ən böyük satışlarından biri olub.

"BP əvvəllər hibrid qiymətli kağızlar emissiya etməmişdi, lakin hazırda bütün bazarlarda eyni anda bazarlara çıxır. Bu alət BP şirkətinə koronavirus pandemiyasının yaratdığı böhrandan sonra tarazlığı bərpa etməyə kömək edəcək", - deyə "Citigroup"un borc kapitalı bazarlarının direktoru Kolm Reyni bildirib.

Hibrid qiymətli kağızların buraxılışı nəticəsində BP 5 mlrd. dollar, 4,75 mlrd. avro və 1,25 mlrd. funt sterlinq cəlb edib.

Bundan əvvəl şirkət 2021-2050-ci illər üzrə neft qiymətlərinin proqnozunu 70 dollardan 55 dollara endirib. Tələbin və neftin qiymətinin aşağı düşməsi BP-nin 17,5 mlrd. dollaradək aktivlərinin silinməsinə səbəb ola bilər. Şirkət həmçinin bəzi neft və qaz yataqlarının işlənməsinin məqsədəuyğunluğunu nəzərdən keçirməyi planlaşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR