Beynəlxalq Valyuta Fondu (BVF) gələn il Azərbaycanda qeyri-neft ÜDM-in 1% artacağını proqnozlaşdırır.
"APA-Economics"in BVF-nin Orta Şərq və Mərkəzi Asiya regionu üzrə dərc etdiyi "Regional Economic Outlook Update" adlı hesabatına istinadən verdiyi məlumata görə, 2020-ci ildə isə Azərbaycanın qeyri-neft ÜDM-i 2% azalacaq.
Fondun proqnozlarına əsasən, ölkənin bu il qeyri-neft büdcə gəlirlərinin qeyri-neft ÜDM-ə nisbəti 23,5%, 2021-ci ildə isə 21,1% təşkil edəcək.
Qeyd edək ki, 2019-cu ildə Azərbaycanda qeyri-neft ÜDM-i 3,5% artaraq 50 391,8 mln. manat təşkil edib.