Bank Of Baku

BVF: Gürcüstanın dövlət borcunun ÜDM-ə nisbəti bu il 62,8%-ə çatacaq

 BVF: Gürcüstanın dövlət borcunun ÜDM-ə nisbəti bu il 62,8%-ə çatacaq
# 06 may 2020 17:05 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondu (BVF) bu il Gürcüstanın ümumi dövlət borcunun ÜDM-ə nisbətinin 20,1 faiz bəndi artaraq 62,8%-ə yüksələcəyini proqnozlaşdırır.

"APA-Economics"in BVF-nin Gürcüstanın iqtisadi islahat proqramının altıncı icmalına istinadən verdiyi məlumata görə, 2021-ci ildə bu göstəricinin bir qədər azalaraq 59,6%-ə bərabər olacağı gözlənilir.

BVF-nin proqnozuna əsasən, bu il ölkənin tədiyyə balansının cari əməliyyatlar hesabının kəsirinin ÜDM-ə nisbəti 6,2 faiz bəndi artaraq 11,3% təşkil edəcək (1,7 mlrd. dollar). 2021-ci ildə isə bu göstərici 7,5% səviyyəsində olacağı proqnozlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR