Beynəlxalq Valyuta Fondu (BVF) koronavirus və neft qiymətlərinin düşməsi səbəbindən bu il Rusiyada ÜDM istehsalının 6,6% azalacağını proqnozlaşdırır.
"APA-Economics"in məlumatına görə, bu barədə BVF-nin "World Economic Outlook" (WEO) hesabatının iyun buraxılışında deyilir.
Apreldə Fond Rusiya iqtisadiyyatının 5,5% azalacağını gözləyirdi. Göründüyü kimi, BVF Rusiya ÜDM-i üzrə azalma proqnozunu 1,1 faiz bəndi artırıb.
2021-ci il üçün proqnoz isə 0,6 faiz bəndi yüksəldilib – Fond gələn il Rusiya iqtisadiyyatının 4,1% artacağını gözləyir.