Yeni növ koronavirus (COVID-19) pandemiyası nəticəsində yaranan vəziyyət dünyada turizmdən əldə olunan gəlirlərin təxminən 450 mlrd. ABŞ dolları azalmasına səbəb ola bilər.
"APA-Economics"in məlumatına görə, bu barədə Rusiya mətbuatı BMT yanında Ümumdünya Turizm Təşkilatının (UNWTO) baş katibi Zurab Pololikaşviliya istinadən xəbər verir.
"Bu gün turizm COVID-19 pandemiyasının fəsadlarından ən çox təsirlənən sektorlardandır. UNWTO-nun hesablamalarına görə, bu il qlobal səviyyədə beynəlxalq turizm səfərlərinin sayı 30% azala bilər, bu da müvafiq olaraq beynəlxalq turizmdən əldə olunan gəlirləri təxminən 450 mlrd. dollar azalda bilər", - deyə Z. Pololikaşvili qeyd edib.
UNWTO-un göstəricilərinə görə, dünya üzrə aviabiletlərin rezervasiyası 80%-lik azalmanı nümayiş etdirir.
YENİLƏNİB'>