Bank Of Baku

DGK xətti ilə büdcə daxilolmaları azalıb

DGK xətti ilə büdcə daxilolmaları azalıb
# 08 may 2020 17:31 (UTC +04:00)

Bu ilin yanvar-aprel ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 1 347 885,6 min manat daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2% azdır.

"APA-Economics"in DGK-yə istinadən verdiyi məlumata görə, hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 4% artaraq 327 482,6 min manat təşkil edib.

ƏDV üzrə daxilolmalar isə 0,4% azalaraq 963 924,6 min manata bərabər olub. Aksizlər üzrə cari ilin dörd ayı ərzində daxilolmalar 2,2 dəfə azalaraq 43 841,3 min manat təşkil edib. Yol vergisi üzrə daxilolmaların həcmi 12 637,1 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 4,4% azdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR