Dünya Bankı: Bu il Rusiyada ÜDM 1-2,2% azala bilər

Dünya Bankı: Bu il Rusiyada ÜDM 1-2,2% azala bilər
# 09 aprel 2020 15:35 (UTC +04:00)

Dünya Bankı Rusiya iqtisadiyyatı üzrə proqnozlarını yeniləyib.

"APA-Economics"in bankın yeni hesabatına istinadən verdiyi məlumata görə, Dünya Bankı 2020-ci ildə Rusiyada ÜDM-in 1-2,2% azalacağını proqnozlaşdırır. Halbuki bundan öncə bank Rusiya iqtisadiyyatının cari ildə 1,6% artacağını gözləyirdi.

Dünya Bankının məlumatına görə, ölkə iqtisadiyyatı 1% azalarsa, bu, son 5 ilin ən pis göstəricisi olacaq. Dünyada karbohidrogenlərin ucuzlaşması və "OPEC+" sazişinin pozulması ÜDM-ə mənfi təsir əsas amillərdir.

Bununla belə, 2021-2022-ci illərdə Rusiya iqtisadiyyatının artımı gözlənilir ki, bu da müvafiq olaraq 1,6 və 1,8% təşkil edəcək. Bu, bankın baza ssenarisidir ki, burada pandemiyanın cari ildə bitməsi, neftin qiymətləri və iqtisadi fəallıq isə 2021-ci ildə bərpa olunacağı göstərilir.

Əlverişsiz ssenaridə isə neftin qiymətlərinə və qlobal iqtisadiyyata təzyiqin davam etməsi qeyd olunub ki, bu təqdirdə Rusiya iqtisadiyyatı cari ildə 2,2% azala bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR