Bank Of Baku

Dünya Bankı: Gürcüstan ÜDM-i bu il 4,8% azalacaq

Dünya Bankı: Gürcüstan ÜDM-i bu il 4,8% azalacaq
# 09 iyun 2020 15:57 (UTC +04:00)

Dünya Bankı yeni növ koronavirus (COVID-19) pandemiyası fonunda Gürcüstanda ÜDM istehsalının bu il 4,8% azalacağını proqnozlaşdırır.

Bu barədə "APA-Economics" Dünya Bankının "Global Economic Prospects" adlı hesabatının iyun buraxılışına istinadən bildirir.

Qeyd edək ki, bu, yanvar ayının proqnozu ilə müqayisədə 9,1 faiz bəndi aşağıdır.

Bundan başqa, Dünya Bankı ölkənin 2021-ci il üzrə iqtisadi artım proqnozunu isə 0,5 faiz bəndi azaldaraq 4%-ə endirib.

Qeyd edək ki, bank yeni növ koronavirus (pandemiyası fonunda bu il dünyada ÜDM-in azalma tempinin 5,2% səviyyəsində olacağını proqnozlaşdırır. Bu da II Dünya Müharibəsindən sonra ən dərin tənəzzül deməkdir.

Xatırladaq ki, Gürcüstan hökuməti bu il ölkə iqtisadiyyatının 4% azalacağını proqnozlaşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR