Bank Of Baku

Dünya Bankı Rusiya iqtisadiyyatının 11 illik minimuma enəcəyini proqnozlaşdırır

Dünya Bankı Rusiya iqtisadiyyatının 11 illik minimuma enəcəyini proqnozlaşdırır
# 07 iyul 2020 10:40 (UTC +04:00)

Dünya Bankı bu il Rusiya iqtisadiyyatının 6% azalaraq 11 illik minimuma enəcəyini proqnozlaşdırır.

"APA-Economics" xəbər verir ki, bu barədə Dünya Bankının dərc etdiyi hesabatda deyilir.

Qeyd olunur ki, kəskin azalmanın əsas səbəbləri kimi, COVID-19 pandemiyasının ölkə iqtisadiyyatına vurduğu zərər və neftin qiymətinin aşağı olması göstərilir. Bədbin ssenariyə əsasən, bank Rusiyada ÜDM-in 9,6% azala biləcəyini gözləyir. 2021-ci ildə ölkədə ÜDM istehsalının 2,7%, 2022-ci ildə isə 3,1% artacağı bank tərəfindən güman edilsə də, bu artımın pandemiyadan əvvəl qeydə alınan templərə çatmayacağı gözlənilir.

Qeyd edək ki, Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin proqnozuna görə, 2020-ci ildə ölkə iqtisadiyyatı 4,8% azalacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR