Dünya Bankının Direktorlar Şurası aztəminatlı insanlara sosial yardım və koronavirusla mübarizə üçün Ukraynaya 150 mln. ABŞ dollarının ayrılmasını təsdiq edib.
“APA-Economics”in TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə cümə günü Ukrayna Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Vəsaitlər Dünya Bankının dəstəyi ilə 2014-cü ildən həyata keçirilmiş və aztəminatlı ailələrə sosial yardımın genişləndirilməsi və yaxşılaşdırılması məqsədilə "Ukrayna əhalisinə sosial dəstək sisteminin modernləşdirilməsi" layihəsinin əlavə maliyyələşdirilməsinə yönəldiləcək.
Bundan əlavə, ayrılan məbləğin bir hissəsi koronavirus pandemiyası ilə mübarizə tədbirlərinə yönəldiləcək.
Qeyd edək ki, aprelin 28-də Dünya Bankı sağlamlığın yaxşılaşdırılması layihəsi çərçivəsində rəsmi Kiyevə 135 mln. dollar ayırıb.