İyulun 16-da Amerika fond bazarında Dow Jones indeksi 0,50% – 26 734,71 bəndədək, S&P 500 indeksi 0,34% – 3 215,57 bəndədək, Nasdaq indeksi isə 0,73% – 10 473,83 bəndədək enib.
"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında iyulun 16-da FTSE 100 indeksi 0,67% – 6 250,69 bəndədək, Fransa CAC-40 indeksi 0,46% – 5 085,28 bəndədək, Almaniya DAX-ı isə 0,43% – 12 874,97 bəndədək enib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,18% azalaraq 1 812 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,25% azalaraq 1,138 dollar təşkil edib.