ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) proqnozuna əsasən, bu il ölkə iqtisadiyyatı 6,5% azalacaq.
"APA-Economics" FED-in yaydığı məlumata istinadən xəbər verir ki, tənzimləyici orqanın bundan əvvəlki proqnozu 2% artıma bərabər idi. 2021-ci il üçün ölkənin iqtisadi artım proqnozu 1,9%-dən 5%-ə, 2022-ci il üçün isə 1,8%-dən 3,5%-ə artırılıb.
İnflyasiyaya gəldikdə, FED ABŞ-da 2020-ci ildə inflyasiya gözləntilərini 1,9%-dən 0,8%-ə, 2021-ci ildə isə 2%-dən 1,6%-ə endirib.
Bundan əlavə, 2020-ci il üzrə işsizlik proqnozu 3,5%-dən 9,3%-ə, 2021-ci üçün 3,6%-dən 6,5%-ə, 2022-ci il üzrə isə 3,7%-dən 5,5%-ə yüksəldilib.
YENİLƏNİB'>