Bank Of Baku

Gürcüstanın Azərbaycanla xarici ticarət dövriyyəsinin mənfi saldosu 29% azalıb

Gürcüstanın Azərbaycanla xarici ticarət dövriyyəsinin mənfi saldosu 29% azalıb
# 19 may 2020 12:23 (UTC +04:00)

Bu ilin yanvar-aprel ayları ərzində Gürcüstanın Azərbaycanla xarici ticarət dövriyyəsinin həcmi 367 007,3 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 3 801,7 min dollar və ya 1% çoxdur.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin ilkin hesablamalara əsasən təqdim etdiyi hesabatında bildirilib.

Cari ilin yanvar-aprel ayları ərzində Gürcüstan Azərbaycandan 221 843,3 min dollarlıq mal və məhsullar idxal edib ki, bu da illik ifadədə 13 952,8 min dollar və ya 5,9% azdır. Gürcüstanın Azərbaycana ixracı isə 17 754,5 min dollar və ya 13,9% artaraq 145 164,0 min dollara bərabər olub.

Nəticədə, cari ilin dörd ayı ərzində Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsində 76 679,3 min dollarlıq mənfi saldo yaranıb ki, bu da illik ifadədə 31 707,3 min dollar və ya 29,3% azdır.

Xatırladaq ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanın Gürcüstanla apardığı ticarət mübadiləsinin həcmi 179 471,7 min dollar təşkil edib. Bu da 2019-cu ilin eyni ayları ilə müqayisədə 63 251,7 min dollar və ya 26,1% azdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR