Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) koronavirusun yayılması səbəbindən uçuşlara tələbin azalması səbəbindən 2020-ci ildə aviaşirkətlərin 63-113 mlrd. ABŞ dolları məbləğində zərər edə biləcəyini proqnozlaşdırır.
"APA-Economics"in IATA-ya istinadən verdiyi məlumata görə, mümkün itkilərin geniş diapazonu vəziyyətin bir neçə mümkün inkişafı ssenarisi ilə izah olunur. Koronavirusun hava yüklərinə təsirinin qiymətləndirilməsi hələ aparılmayıb.
Fevralın 25-də IATA koronavirusun Çindən kənarda yayılmadığı təqdirdə aviaşirkətlərin itkilərini 30 mlrd. dollar səviyyəsində qiymətləndirdi.
Bu günədək sözügedən virusa yoluxma halları 70-dən çox ölkədə müəyyən edilib. Çindən sonra ən çox koronavirusa Cənubi Koreya, İran və İtaliya sakinləri yoluxub.