Bank Of Baku

Karantin rejiminin pozulmasına görə cərimələr büdcə gəlirləri sırasına daxil edilib

Karantin rejiminin pozulmasına görə cərimələr büdcə gəlirləri sırasına daxil edilib
# 08 iyun 2020 21:09 (UTC +04:00)

Karantin rejiminin pozulmasına görə cərimələr Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatına daxil edilib.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı”nda dəyişiklik edib.

Beləliklə, əgər indiyə qədər sanitariya-gigiyena və epidemiya əleyhinə rejimlərin pozulmasına görə  cərimələr Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatına daxil idisə, bu sıraya karantin rejiminin pozulması da daxil edilir. Beləliklə, bundan sonra epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələr Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatına daxil olacaq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR