Bank Of Baku

Mayda Azərbaycanda kompüter avadanlıqlarının satışı 20%-dək artıb

Mayda Azərbaycanda kompüter avadanlıqlarının satışı 20%-dək artıb
# 15 iyun 2020 13:25 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında istehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarına 100,5 mln. manat xərcləyib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 1,6% azdır. Təkcə ötən ay əhaliyə 16,3 mln. həcmində kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları satılıb ki, bu da aprel ayı ilə müqayisədə 19,3% çoxdur.

Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 0,7%-i bu məhsulların alınmasına sərf olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR