"Moody’s" beynəlxalq reytinq agentliyi Ukrayna dövlətinin emitentin və təmin olunmamış prioritetli uzunmüddətli reytinqlərini “Caa1”dən “B3” səviyyəsinə qədər artırıb, proqnoz stabildir.
“APA-Economics”in reytinq agentliyinə istinadən verdiyi məlumata görə, reytinqlərin yaxşılaşdırılmasının əsas drayveri kimi, Beynəlxalq Valyuta Fondu (BVF) ilə birlikdə elan edilmiş yeni maliyyələşdirmə proqramı nəticəsində Ukraynanın yaxın müddətli maliyyələşdirmə problemlərinin həll olunması və xarici şoklara qarşı həssaslığının azalması göstərilir.
Qeyd edək ki, bu ilin iyunun 9-da BVF icra şurası Ukrayna üçün yeni kredit proqramını təsdiqləyib və18 ay ərzində fondun ölkəyə 5 mlrd. dollar göndərəcəyi gözlənilir. Bu yaxınlarda Ukrayna 2,1 mlrd. ABŞ dolları həcmində ilk tranşı alıb və BVF-nin ilk tranşı və Avropa İttifaqının müvafiq maliyyə yardımı sayəsində ölkə öz beynəlxalq ehtiyatlarını 28,7 mlrd. dollara qədər artırıb.
YENİLƏNİB'>