Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitlərindən istifadə mexanizmi ilə bağlı Fərmanın icrası aqrar sahəyə verilən kreditlərin qarşıdakı müddətdə artımına səbəb olacaq.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, maliyyə sektoru tərəfindən təmin olunan kreditlərin miqdarının artması müvafiq indikator üzrə maliyyə dərinliyi əmsalının da hazırkı 30% göstəricisindən daha yüksək göstəriciyə nail olmağa müsbət təsir edə bilər. Analoji göstərici Qazaxıstanda 30%, Qırğızıstanda 22%, Tacikistanda 12%, Türkiyədə isə 60% civarındadır.
Qeyd edək ki, kənd təsərrüfatına ayrılan kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi cəmi 3,4% təşkil edir.