Sabahdan etibarən “PASHA Bank”ın valyuta mübadiləsi şöbələrindən birinin fəaliyyəti dayandırılacaq.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, “PASHA Bank” martın 3-dən etibarən 28 may küçəsi, 46 ünvanda yerləşən Mübadilə şöbəsinin fəaliyyətini dayandıracaq. Mübadilə əməliyyatlarını “PASHA Bank”ın digər filiallarında həyata keçirmək mümkündür.