“Rabitəbank” Novruz bayramı ərəfəsində özəl kampaniyaya start verib.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, 27 fevral tarixindən etibarən müştərilərə nağd pul krediti 15 000 manatadək (zaminsiz 10 000 manat olmaqla) təqdim edilir. Seçim təklifləri aşağıdakı kimidir:
- Komissiya və sığorta xərci ödəmə
- Kreditini 15,9% ilə rahat əldə et
- 36 ay deyil tam 50 ay müddətinə krediti geri ödəmək imkanı.
Novruz boğçası kampaniyası 1 aprel 2020-ci il tarixinədək davam edəcək. Kampaniya haqqında məlumat və onlayn kredit müraciəti üçün, www.rbt.az/novruzboxcasi linkinə daxil olaraq, tanış olmaq olar.
Qeyd edək ki, “Rabitəbank”ın “Sahil”, “Sumqayıt” və “Gəncə” filialı həftəiçi 20:00-dək, 24/7 xidmət göstərən “Nəsimi” filialından isə həftəiçi 22:00-dək, həmçinin həftəsonları da kampaniyadan yararlanaraq, nağd pul kreditinə sahib olmaq olar.
Qeyd edək ki, “Rabitəbank” Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-i, “Rabitəbank Mobile” adlı mobil əlavəsi, “İnternet Bankinq” və “RabitaBot” adlı çatbotu ilə müştərilərin xidmətindədir.