Bank Of Baku

"Rabitəbank" beynəlxalq və yerli mükafatlara layiq görülüb - FOTO

"Rabitəbank" beynəlxalq və yerli mükafatlara layiq görülüb - FOTO
# 03 mart 2020 14:54 (UTC +04:00)

"Rabitəbank" ASC "Visa" şirkəti tərəfindən ölkədə keçirilən “Visa Simulation” yarışında birinci yerə layiq görülüb.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, bu beynəlxalq yarışda Azərbaycanın maliyyə qurumları ilə birlikdə 27 komanda iştirak edib. Yarışın əsas məğzi yaradılan kart məhsulunun strategiya və satışının təmin olunması istiqamətinə yönəlub.

Bundan əlavə, "Rabitəbank"ın "Kartmane" məhsulu ölkənin ən məşhur mükafatlandırmalarından olan "Azeri Business Awards" tərəfindən "İlin innovativ bank məhsulu" nominasiyası üzrə təltif olunub. Çoxlu sayda üstünlüklərə malik olan "Kartmane" kartı bütün dünya üzrə YDM-lərdən 10%-dək, kafe və restoranlardan isə 5% "cashback" qazandırır.

Qeyd edək ki, "Rabitəbank" Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-i, "Rabitəbank Mobile" adlı mobil əlavəsi, "İnternet Bankinq" və "RabitaBot" adlı çatbotu ilə müştərilərin xidmətindədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR