Bank Of Baku

"Rabitəbank" e-ticarət tariflərini endirib ®

"Rabitəbank" e-ticarət tariflərini endirib ®
# 10 iyul 2020 14:03 (UTC +04:00)

“Rabitəbank” ASC sahibkarlara dəstək məqsədilə yeni müştərilərinə elektron ticarət (e-ticarət) tariflərində güzəşt kampaniyası elan edib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan Mərkəzi Bankının COVID-19 pandemiyası ilə əlaqədar sahibkarlara dəstək məqsədli tövsiyələrinə uyğun olaraq “Rabitəbank” POS-terminal və e-ticarət tariflərinə güzəşt edilməsinə dair qərar qəbul edib. Ölkədə xüsusi karantin rejiminin gücləndirilməsi ilə əlaqədar müştərilərlə təması minimuma endirən şirkətlərin onlayn fəaliyyətinə dəstək olaraq “Rabitəbank” e-ticarət üçün yeni tariflərini elan edib. İyul ayı ərzində müraciət edən yeni müştərilərə ilk 3 ay minimal tarif ilə xidmət ediləcək. İyul ayı ərzində yeni müraciət edəcək “StartUp”lar da bir sıra endirim və güzəştlərdən bəhrələnəcəklər. Belə ki, ilk 3 ay ərzində aylıq 1000 AZN-ə kimi dövriyyədən heç bir xərc və xidmət haqqı tutulmayacaq.

Müraciət etmək istəyənlər bankın 133 nömrəli məlumat mərkəzinə zəng edə və ya https://www.rabitabank.com/pos-terminallar-ve-elektron linkinə keçid edərək sifariş edə bilərlər. Kampaniya iyul ayının sonunadək keçərlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR