Bank Of Baku

"Rabitəbank" tibb işçiləri üçün özəl kampaniya keçirir

"Rabitəbank" tibb işçiləri üçün özəl kampaniya keçirir
# 17 iyun 2020 10:22 (UTC +04:00)

“Rabitəbank” ASC 17, 18 və 19 iyun tarixlərində tibb işçiləri üçün güzəştli kredit kampaniyası keçirəcək.

Bankdan “APA-Economics”ə veilən məlumata görə, 17 iyun Tibb İşçilərinin peşə bayramı günüdür. Bütün dünya, o cümlədən Azərbaycandakı koronavirus pandemiyası dövründə canla-başla mübarizə aparan tibb işçilərinin əməyi hər kəsin qürur mənbəyi oldu. Əvəzsiz əməklərinə görə “Rabitəbank” bütün səhiyyə işçilərinə sonsuz təşəkkür edir və onlar üçün xüsusi kampaniya elan edir:

17, 18 və 19 iyun tarixlərini əhatə edən kampaniya çərçivəsində sahəsindən asılı olmayaraq bütün tibb işçiləri aşağıdakı güzəştlərdən yararlana biləcəklər:

- İllik faiz dərəcəsinə 2% ENDİRİM;

- 15 000 AZN-dək maksimum nağd pul krediti;

- 10 000 AZN-dək zaminsiz nağd pul krediti.

Kampaniya haqqında daha ətraflı məlumatı Bankın 133 Məlumat Mərkəzinə zəng edərək əldə edə bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR