“Rabitəbank” ASC “Visa” şirkəti ilə birlikdə yeni stimullaşdırıcı lotereyaya qoşulub.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, “Rabitəbank”ın “Visa” brendli kart istifadəçiləri 5 manat məbləğindən yuxarı istənilən POS-terminal ödənişlərində avtomatik olaraq təşkil olunan stimullaşdırıcı lotereyanın iştirakçısına çevriləcək. Yəni 5 manatdan yüksək hər bir əməliyyat kart istifadəçisinə bir şans verəcək.
Lotereyanın uduş məbləği 100 manat dəyərindədir ki, ay ərzində ümumilikdə ölkə üzrə 300 qalib seçiləcək və məbləğ qalibin kart hesabına “cashback” kimi daxil ediləcək.
Lotereyanın əsas məqsədi ölkədə nağdsız ödəniş vərdişlərini artırmaq və cəmiyyətdə ictimai marağın artırılmasına dəstək göstərməkdən ibarətdir.
Qeyd edək ki, lotereya Azərbaycan Mərkəzi Bankı və “Visa” Beynəlxalq Xidmət Assosiasiyasının dəstəyi ilə həyata keçirilir.
Lotereyaya qoşulmaq və “Visa” kartlarını sifariş edib əldə etmək üçün https://rbt.az/kartmane linkinə keçmək lazımdır .
Xatırladaq ki, “Rabitəbank” Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-i, “Rabitəbank Mobile” adlı mobil əlavəsi, “İnternet Bankinq” və “RabitaBot” adlı çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.