Bank Of Baku

Rusiyanın neft gəlirləri 25% azalıb

Rusiyanın neft gəlirləri 25% azalıb
# 25 iyun 2020 11:27 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Rusiya neftinin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1% və ya 700 min ton azalaraq 71,3 mln. ton təşkil edib.

"APA-Economics" xəbər verir ki, bu barədə Rusiyanın Energetika Nazirliyinin yaydığı məlumatda deyilir.

Qeyd olunur ki, yanvar-aprel aylarında qlobal neft tələbatı karantin zamanı bir çox müəssisə və nəqliyyatın dayandırılması səbəbindən təxminən 13% azalıb.

2020-ci ilin aprel ayında Rusiya neftinin ixracı 2019-cu ilin aprel ayına nisbətən 2,2% artıb – 18,3 mln. tondan 18,7 mln. tona. "Bu, Avropa və Asiya bazarlarında neftə olan tələbatın tədricən bərpası ilə əlaqədardır", - deyə Rusiyanın Energetika nazirinin müavini Pavel Sorokin bildirib.

Rusiyanın Federal Dövlət Statistika Xidmətinin məlumatına görə, 2020-ci ilin yanvar-aprel aylarında Rusiya neftinin (kondensatla birgə) ixracından əldə olunan gəlir 24,9% azalaraq 30 mlrd. ABŞ dolları təşkil edib. Cari ilin aprel ayında isə ixracdan əldə olunan gəlir əvvəlki aya nisbətən təxminən 40% azalaraq 4,4 mlrd. dollara düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR