Bu ilin əvvəlindən SOCAR yerli və xarici banklardan 1 171 mln. manat həcmində kredit cəld edib.
Bu barədə "APA-Economics" SOCAR-ın 2019-cu il üçün konsolidasiya edilmiş maliyyə hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, cəlb edilmiş kredlərin boyük hissəsi ABŞ dollarında (567 mln. dollar – 964 mln. manat), kreditlərin qalan hissəsi avro, türk lirəsi və Rusiya rublunda cəlb edilib.
Bununla yanaşı, bu il SOCAR kredit ödənişləri də həyata keçirib. Hesabat dövrü bu göstərici 1 082 mln. manat təşkil edib, bunun da 887 mln. manatı dollar ödənişlərin payına düşüb (522 mln. dollar).