Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən qazın satışından Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) əldə etdiyi ümumi gəlirlər (2007-ci ildən 01.04.2020 tarixinədək) 2 834 mln. ABŞ dolları təşkil edib.
Bu barədə "APA-Economics"ə ARDNF-dən bildirilib.
Məlumata görə, "Azəri-Çıraq-Günəşli" yataqlar bloku (AÇG) üzrə bu il (01.01.2020 – 01.04.2020 tarixinə) gəlirlər 1 671 mln. dollar təşkil edib.
O cümlədən, "Şahdəniz" yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər (01.01.2020 – 01.04.2020 tarixinə) 100 mln. dollar olub.