"S&P Global Ratings" ("S&P") beynəlxalq reytinq agentliyi 2020-ci ildə Çində ÜDM-in artım tempi üzrə proqnozunu koronavirusa görə 5%-ə endirib.
"APA-Economics"in agentliyə istinadən verdiyi məlumata görə, "S&P" bundan əvvəl ölkədə ÜDM-in bu il 5,7% olacağını gözləyirdi. Agentliyin proqnozlarına görə, əgər Çin mart ayında koronavirusun yayılmasına nəzarətə ala bilsə, bu halda ÜDM-in artım tempi 5% səviyyəsində qalacaq. Vəziyyətin pisləşdiyi halda agentlik öz proqnozunun 4,4%-ə endirməyi nəzərdən keçirə bilər.
Qeyd edək ki, "S&P"nin hesablamalarına görə, Çində ÜDM 2021-ci ildə 6,4%-dək artacaq.