Bank Of Baku

Şotlandiya ötən il viski ixracını rekord səviyyəyə çatdırıb

Şotlandiya ötən il viski ixracını rekord səviyyəyə çatdırıb
# 13 fevral 2020 10:19 (UTC +04:00)

Şotlandiya ötən il ərzində viski ixracını rekord səviyyəyə çatdırıb. Bu, Tayvan və Hindistanda satışların kəskin artması fonunda baş verib.

"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, xaricdə şotland viskisinin satışları 4%-dən çox artaraq 2019-cu ildə 4,9 mlrd. funt sterlinqə (6,36 mlrd. ABŞ dolları) çatıb. Hesabat ilində Tayvana viski ixracı 22%, Hindistana isə 19,7% artıb.

Bundan başqa, Şotlandiya ötən il ABŞ-a 1,1 mlrd. funt sterlinq (1,4 mlrd. dollar) dəyərində viski ixrac edib ki, bu da əvvəlki ilə nisbətən 2,8% çoxdur.

Qeyd edək ki, ötən il ABŞ Avropa İttifaqında təyyarə istehsalçısına qeyri-qanuni subsidiyalara cəza olaraq bir sıra Avropa məhsullarına, o cümlədən şotland viskisinə 25%-lik tarif tətbiq etdiyini açıqlamışdı.

Şotlandiya Viski Assosiasiyası bunun nəticəsi olaraq, 2019-cu ilin son üç ayında ABŞ-a ixracatın illik ifadədə 25% azaldığını bildirmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR