Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edib.
APA-nın məlumatına görə, qərara əsasən, TC-1 markalı reaktiv mühərrik yanacağı üçün aksiz dərəcəsi 1 ton üçün 80 manatdan 1 manata endirilib.
Digər reaktiv mühərrik yanacaqları üçün isə aksiz dərəcəyi 1 ton üçün 80 manat səviyyəsində saxlanılıb.
KO-20 markalı işıqlandırıcı kerosin və KT-2 markalı texniki məqsədlər üçün kerosinlə bağlı da aksiz dərəcəsi 1 ton üçün 80 manatdan 1 manata endirilib. Digər məqsədlər üçün kerosinin 1 tonu üçün 80 manat aksiz dərəcəsi isə qüvvədə saxlanılıb.
Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 2021-ci il yanvarın 1-dək qüvvədədir.