Bank Of Baku

"TuranBank" 8 mart bayramı münasibətilə kampaniya keçirir

"TuranBank" 8 mart bayramı münasibətilə kampaniya keçirir
# 04 mart 2020 12:30 (UTC +04:00)

“TuranBank” ASC Beynəlxalq Qadınlar günü münasibətilə xanımlar üçün özəl kampaniyaya start verib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bayramda heç bir xanım diqqətsiz qalmasın deyə kredit və depozit məhsulları xanımlara güzəştli şərtlərlə təklif olunacaq. Mart ayının 13-dək davam edəcək kampaniyanın şərtlərinə əsasən həmin müddət ərzində kredit üçün müraciət edən xanımlar 24 ay müddətinə 15 000 manatadək məbləğində krediti 8% güzəştlə, komissiyasız əldə edə biləcəklər. Pulunu etibarlı əllərə əmanət etmək istəyən xanımlar isə “TuranBank”da depozit növündən asılı olaraq əmanətlərini 1% artımla yerləşdirə biləcəklər.

Qeyd edək ki, kampaniya haqqında daha ətraflı məlumatı “935” Məlumat Mərkəzi və ya +994 50 268 72 22 “Whastapp” nömrəsi ilə əlaqə saxlayaraq əldə etmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR