Ümumdünya Ticarət Təşkilatının (ÜTT) rəhbəri Robertu Azevedonun vəzifədən gedəcəyi tarix məlum olub.
APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, Robertu Azevedo avqustun 31-də postundan gedəcək. 62 yaşlı Azevedo 2013-cü ildən quruma rəhbərlik edir və onun səlahiyyət müddəti 2021-ci il avqustun sonunda başa çatmalı idi. Lakin o, bir il tez vəzifəsindən gedəcək.
***
saat 13:13
Ümumdünya Ticarət Təşkilatının (ÜTT) rəhbəri Robertu Azevedo təşkilata üzv olan ölkələrin rəhbərliklərinə 2021-ci ildə səlahiyyət müddəti bitmədən istefa etməyi planlaşdırdığını bildirib.
"APA-Economics"in "Bloomberg"ə istinadən verdiyi məlumata görə, R. Azevedonun mümkün istefa xəbərləri dünya ticarətinin böhranlı bir vaxtına rast gəlib. Bundan əlavə, artıq ötən il təşkilatın mübahisələrin həlli sisteminin tam iflic olması ÜTT-nin sabitliyinə ciddi zərbə vurub.
Qeyd edək ki, R. Azevedonun istefası baş tutarsa onun vəzifəsini dörd müavinindən biri icra edə bilər: Nigeriyadan Yonov Frederik Aqa, Almaniyadan Karl Brauner, ABŞ-dan Alan Volf və Çindən İ Səocun.