Ukrayna Beynəlxalq Valyuta Fondundan (BVF) 2,1 mlrd. ABŞ dolları həcmində ilk tranşı alıb.
"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, Ukrayna Milli Bankının rəhbəri Yakov Smoliy bildirib ki, vəsait birbaşa BVF-dən deyil, müxtəlif valyutalarda Fondun üzvü olan bir neçə ölkədən cəlb olunub və proses artıq tamamlanıb.
Y. Smoliy əlavə edib ki, BVF-nin ilk tranşı və Avropa İttifaqının müvafiq maliyyə yardımı sayəsində Ukrayna öz beynəlxalq ehtiyatlarını 28,7 mlrd. dollara qədər artırıb.
Qeyd edək ki, bu ilin iyunun 9-da BVF icra şurası Ukrayna üçün yeni kredit proqramını təsdiqləyib. 18 ay ərzində Fondun ölkəyə 5 mlrd. dollar göndərəcəyi gözlənilir.
YENİLƏNİB'>