Bu il yanvarın 1-nə Azərbaycan Respublikası Kredit və Zəmanət Fondunun xətti ilə verilmiş ipoteka kreditlərinin 21 390 ədədi Bakı şəhərinin payına düşüb.
"APA-Economics" Bakı şəhərində verilmiş ipoteka kreditlərinin inzibati rayonlar üzrə renkinqini hazırlayıb.
Renkinqdə ilk üçlükdə Xətai, Yasamal və Binəqədi rayonları qərarlaşıb.
Qeyd edək ki, ümumilikdə, 2006-2019-cu illərdə Fondun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin ümumi məbləği 1 milyard 391 mln. manata yaxın, bu kreditlər hesabına öz yaşayış şəraitini yaxşılaşdırmış ailələrin sayı isə 27 883 olub.
|
№ |
İnzibati rayonlar |
İpoteka kreditlərinin sayı |
|
1 |
Xətai |
5 235 |
|
2 |
Yasamal |
4 298 |
|
3 |
Binəqədi |
2 763 |
|
4 |
Nizami |
1 964 |
|
5 |
Nəsimi |
1 916 |
|
6 |
Nərimanov |
1 422 |
|
7 |
Suraxanı |
1 325 |
|
8 |
Sabunçu |
835 |
|
9 |
Səbail |
793 |
|
10 |
Qaradağ |
551 |
|
11 |
Xəzər |
269 |
|
12 |
Pirallahı |
19 |