Azərbaycan bank sektorunun inkişafının əsas trendi hazırda sürətlə gedən rəqəmsallaşma prosesidir.
"APA-Economics"in məlumatına görə, bunu Bakıda keçirilən "Visa Cashless Forum"unda çıxış edən "Visa" şirkətinin Cənub-Şərqi Avropa regionu üzrə baş vitse-prezident və baş meneceri Vera Platonova deyib.
Onun sözlərinə görə, ölkənin bank sektorunda tokenizasiya prosesləri unikal şəkildə sürətlənir: "Hər ölkədə belə olmur".
V. Platonova qeyd edib ki, o, "Apple Pay" və "Samsung Pay"ın Azərbaycana gələcəyinə əmindir.