Bank Of Baku

ABB ölkəmizdə ilk metal ödəniş kartını təqdim edib

ABB ölkəmizdə ilk metal ödəniş kartını təqdim edib
# 22 yanvar 2024 17:56 (UTC +04:00)

Bir çox yenilikləri ölkəmizin bank sektoruna gətirən ABB daha bir ilkə imza atıb. Bank metal kartı bazara təqdim edib. Bu kart yalnız ABB-nin imtiyazlı müştəriləri üçün nəzərdə tutulub. Sahibinin status və imtiyaz simvoluna çevriləcək kartın bir çox üstünlükləri var.

"APA-Economics" xəbər verir ki, metal kart sahibinin statusunu vurğulayan mükəmməl dizayna malikdir.

Kart sahiblərinin istənilən məsələləri operativ şəkildə həll etməyə hazır olan fərdi xidmətlərə anında çıxış imkanı var.

Kart səyahət, alış-veriş və əyləncə zamanı eksklüziv təkliflərdən geniş istifadə imkanı yaradır.

Metal kart haqqında ətraflı məlumatları buradan əldə edə bilərsiniz: Visa, Mastercard

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən, ABB mobile tətbiqindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR