30 may 2023-cü il saat 15.00-da “Azərbaycan Beynəlxalq Bankı”nın səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
"APA-Economics" banka istinadən xəbər verir ki, səhmdarların ümumi yığıncağında 2022-ci ilin maliyyə hesabatının təsdiq olunması, ötən ilin maliyyə nəticələrinə əsasən dividendin ödənilməsi, 2024-2026-cı illərin maliyyə nəticələrinə görə “ABB” ASC-nin əməkdaşlarının mükafatlandırılması və bankın nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi digər məsələlər müzakirə ediləcək.
Qeyd edək ki, yığıncaq Bakı şəhəri, Nizami küçəsi 67 nömrəli ünvanda yerləşən bankın ofisində baş tutacaq.