Paşha Bank
Bank Of Baku

Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları vasitəsilə dövriyyə 15% artıb

Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları vasitəsilə dövriyyə 15% artıb
# 09 oktyabr 2026 16:33 (UTC +04:00)

2026-cı ilin yanvar-sentyabr aylarında yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manat olub.

"APA-Economics" bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 3 milyard 51,7 milyon manat, yaxud 15,1 faiz çoxdur.

Qeyd edək ki, indiyədək ölkə ərazisində 116.908 ədəd belə NKA quraşdırılıb. Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR