Bank Of Baku

ASF-nin sədr müavini: Zərər dəyən əkin sahələrinə 4 mln. manat ödəniş təsdiqlənib

ASF-nin sədr müavini: Zərər dəyən əkin sahələrinə 4 mln. manat ödəniş təsdiqlənib
# 02 noyabr 2023 11:51 (UTC +04:00)

Zərər dəyən əkin sahələrinə 4 milyon manat ödəniş təsdiqlənib.

"APA-Economics" xəbər verir ki, bu sözləri Aqrar Sığorta Fondunun(ASF) sədr müavini Firdovsi Ağaşirov deyib.

O bildirib ki, cari ildə havaların dəyişkən keçməsi ilə əlaqədar zərərlər artıb:

"2023-cü ildə iqlim dəyişikliyinin təsiri nəticəsində əlavə ödənişlər olacaq. Bu istiqamətdə xeyli ödənişlərin həyata keçirilməsi nəzərdə tutulur. Artıq bu çərçivədə təxminən 4 milyondan artıq təsdiqlənmiş ödənişlər mövcuddur. Fermerlər bu ödənişlərlə öz fəaliyyətlərini davam etdirəcək. Hər bir fermer yekunda məhsuldan xeyir götürmək istəyirdi. Havaların qeyri sabit keçməsi nəticəsində, fermer gözlədiyi gəlirdən məhrum oldu. Amma sığortalı fermerlər ödənişlərini aldılar və ziyana düşmədilər".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR