Barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycanın diplomatik nümayəndəliklərinin əməkdaşlarının fərdi qıza nəticəsində həlak olması və ya sağlamlığına zərər dəyməsi (əlilliyin müəyyən edilməsi və (və ya) xəsarət alması) sığorta hadisəsi hesab ediləcək.
APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılacaq “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, sığortaolunan sığorta hadisəsi nəticəsində az ağır xəsarət alarsa, ona sığorta məbləğindən 15 % sığorta ödənişi veriləcək.
Ağır, az azğır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıya uyğun müəyyən ediləcək.
Bu qanun Milli Məclisdə qəbul ediləcəyi təqdirdə 2022-ci il 1 yanvar tarixindən qüvvəyə minəcək.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Az ağır xəsarət alan Azərbaycan diplomatlarına sığorta məbləğindən 15 % sığorta ödənişi veriləcək
17 noyabr 2021 16:30 (UTC +04:00)
Maliyyə
Azərbaycan Mərkəzi Bankı beynəlxalq təşkilata üzvlüklə bağlı müraciət edib
17:05
6 may 2024
Unibank kredit faizini aşağı salıb, kredit məbləği və müddəti artırıb
15:56
6 may 2024
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
15:47
6 may 2024
ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb
14:48
6 may 2024