Azad edilmiş ərazilərdə ilk hərrac keçiriləcək

Azad edilmiş ərazilərdə ilk hərrac keçiriləcək
# 24 aprel 2024 12:18 (UTC +04:00)

İyunun 12-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək.

Bu barədə “APA-Economics”ə Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, hərracda azad edilmiş ərazilər üzrə ilk dəfə Laçında yerləşən “Əhmədli” (45,2 ha) və Qubadlıda yerləşən “Hacılı” (18,5 ha) mişardaşı yataqları investorlara təklif olunacaq.

Hərrac Zəngilan rayonu, Ağalı Kənd İcma Mərkəzinin inzibati binasında keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR