Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda əsas kapitala 11 708,1 mln. manat məbləğində, yaxud 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,2% az vəsait yönəldilib.
"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 8,7%, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 12,9% azalıb.
İstifadə olunmuş vəsaitin 7 740,4 mln. manatı və ya 66,1%-i məhsul istehsalı sahələrinə, 3 079,8 mln. manatı (26,3%-i) xidmət sahələrinə, 887,9 mln. manatı (7,6%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 7 849,2 mln. manatını və ya 67%-ini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 7 784,4 mln. manatı və ya 66,5%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.